Vətən müharibəsi bitəndən indiyədək 500-ə yaxın insan qalıqlarının olduğu məzarlıqlar aşkarlanıb

Cəmiyyət


“2020-ci il noyabrın 10-dan avqustun 18-dək azad edilmiş ərazilərdə 500-ə yaxın insan qalıqlarının olduğu məzarlıqlar aşkarlanıb”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, 120 insanın meyiti Ermənistan tərəfindən təhvil verilib.

Onun sözlərinə görə, Ermənistan meyit qalıqlarını heç bir normalara riayət edilmədən qarışıq halda kisələrə yığaraq təhvil verib:

“Bu da bizim üçün qalıqlarn eyniləşdirilməsi işinə problem yaradır”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir