Cəlilabadda parkda işıq lövhəsi sındırılıb, üç nəfər məsuliyyətə cəlb edilib.
“Report”un Muğan bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev Seyrəngahının giriş hissəsində yerləşdirilmiş “I love Cəlilabad” yazılı işıq lövhəsi sındırılıb.
Polis əməkdaşlarının qısa və çevik əməliyyatları nəticəsində əməli törədən üç nəfər müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az