İki həftədir gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.
Xezerxeber.az-ın xəbərinə görə, alıcılar deyir ki, son 1 il ərzində bu vasitələrin qiyməti artan templə gedirdi. 15 gün ərzində isə sabun, şampun, yuyucu toz, dezodorant və bu kimi məhsullar yenə, 20 qəpik – 1 manat civarında bahalaşıb.
“Sözügedən məhsulların bahalaşmasını satıcılar da təsdiq edir.”
Onların sözlərinə görə, buna səbəb məhsulların gətirildiyi firmanın yeni qiymətlər müəyyənləşdirməsidir.
İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, gigiyenik məhsulların qiymət artımını iki səbəblə əlaqələndirib
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
www.102info.az