Balakən rayonunda avtomobil yanıb, sürücü yanaraq ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, hadisə Balakən rayon Tülü kəndi ərazisində baş verib.
Belə ki, Tülü kənd sakini 1988-ci il təvəllüdlü Aruz Dinavasova məxsus markalı “Daewoo” minik avtomobilində yanğın baş verib.
Yanğın yerinə Balakən yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub. Yanğın nəticəsində sürücü Arus Dinavasov avtomobildə yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az