ADY: “Yanğın qatarların qrafik üzrə hərəkətində heç bir problem yaratmayıb”

Cəmiyyət


Sumqayıt Dəmiryol Vağzalında baş verən yanğın qatarların qrafik üzrə hərəkətində heç bir problem yaratmayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a verilən məlumata görə, bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısaqapanma nəticəsində yanğın baş verib.

Əraziyə təcili cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda, saat 22:18-də söndürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir