Şabran rayonunun Mollakamallı kəndində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, rayon sakinləri 1967-ci il təvəllüdlü Səadət Nurməmməd qızı Kərimova və onun qızı 1992-ci il təvəllüdlü Sədaqət Hüseynalı qızı Kərimova bıçaqlanıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az