Gəncədə avtomobil aşıb, ölən var

Cəmiyyət


Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə avtomobili aşıb. Hadisə zamanı avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az