Sürücülərin NƏZƏRİNƏ: Respublika səviyyəli yolda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət


Avqustun 26-da saat 01:00-dan 07:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, buna səbəb həmin hissədə yerüstü piyada keçidinin tikintisidir.

Agentlik sürücülərə qeyd olunan saatlarda avtonəqliyyat vasitələrini sözügedən hissədə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələrini tövsiyə edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir