Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (45 yaşlı qadında ürəktutması) olub.
“Airbus A350” təyyarəsi yerli vaxtla saat 3:30-da Bakı hava limanına eniş edib.
Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.
Təyyarə yerli vaxtla saat 5:07-də Bakıdan İstanbula yola düşüb.
www.102info.az