Kütləvi yayılan infeksiyaların səbəbi nədir? – Həkimdən mühüm xəbərdarlıq

Cəmiyyət


Son günlər əhalinin çox hissəsində halsızlıq, ürəkbulanma və mütəmadi başağrıları kimi kütləvi narahatlıqlar baş qaldırıb. İlk baxışdan günvurma kimi görünsə də, həkimlər bunun infeksiya olduğunu və mütləq şəkildə ehtiyatlı olmağı  tövsiyə edirlər.

Ümumiyyətlə, yay fəsli olduğu üçün isti-soyuq bilmədən səhv şəkildə qəbul etdiyimiz hər şey infeksiya mənbəyi ola bilər. Mütəxəssislər sonradan belə kiçik problemlərin böyük sağlamlıq problemlərinə yol açdığını və vaxtında ehtiyat tədbirləri görülməsinin vacibliyini bildirirlər.

Bəs sözügedən infeksiyalar nədən yaranır və özümüzu necə qoruya bilərik?

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Bizim.media-ya açıqlamasında bildirib ki, səbəb soyuq qidaların tez-tez yeyilməsi, çox soyuq içkilərin qəbulu infeksiyalara yol açır:

‘’Yay fəslində virus infeksiyalari sporadik səkildə olur. Xüsusilə də uşaqlarda həssaslıq yaradır ki, bunun da bir neçə səbəbi var.

Əsasən, uşaqlarda rast gəlinən angina, faringit özünü, əsasən, öskürəklə göstərir. Daha ağır hallarda  qızdırma, bəzən isə qulaq ağrıları, boğaz ağrısı ilə də müşahidə edilir’’.

Həkim qeyd edib ki, 10-15 gündür kəskin isti keçən havalarda qidaların düzgün saxlanılmamasına görə mədə-bağırsaq infeksiyalarının sayında xeyli artım var. Nəticədə infeksiya halsızlıq, baş gicəllənməsi, başağrılarına və qızdırmanın hətta 39 dərəcəyə qədər qalxmasına səbəb olur.

“Bilirik ki, ətrafımız bakteriyalarla doludur. Qidanı otaq temperaturunda bir neçə saat saxlamağımız kifayət edir ki, o qidada çox sürətli şəkildə bakteriyalar inkişaf etsin, çoxalsın.

Biz o cür qidaları yedikdə isə mədə-bağırsaq infeksiyası, xəstəlikləri və zəhərlənmə kimi hallara səbəb olur. Qidalar soyuducuda düzgün şəkildə saxlanılmalı və qısa zamanda istehlak olunmalıdır”.

Mərdan Əliyev özəlliklə çimərliklərdə ehtiyatlı olmağa çağırıb:

“Çimərliklərdə qumluqlar, suyun tərkibi gigiyenik normalara uyğun deyil. Dəniz suyunda kolo indeksi mikrobları normadan yüksəkdir. Belə olan halda da mədə-bağırsaq xəstəlikləri inkişaf edir. Bu da ürəkbulanma, halsızlıq və ishal ilə özünü göstərir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir