İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bunlardan biri Füzuli şəhər 1 nömrəli tam orta məktəbidir. Burada 349 şagird təhsil alacaq.
Şuşa şəhəri 1 nömrəli tam orta məktəb də yeni tədris ilində fəaliyyətə başlayacaq. Bu təhsil ocağında 314 məktəbli oxuyacaq.
Laçında isə iki məktəbin açılması nəzərdə tutulub – Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi.
2 nömrəli məktəbdə 227 şagird təhsil alacaq.
Zabux kənd məktəbində isə 147 şagird oxuyacaq.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.
www.102info.az