Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə magistralın 112-ci km-də qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb və 1 nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.



www.102info.az