Bakıda körpünün üzərində qəza sıxlığa səbəb oldu – FOTO

Cəmiyyət


Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hadisə Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki körpüdə qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi səbəbindən hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.

Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunublar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir