Qəbələdə zəncirvarı qəza: Avtomobil iki hissəyə bölündü – FOTO

Cəmiyyət


Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisində magistral avtomobil yolunda baş verib.

Zəncirvari qəza nəticəsində VAZ-2107 markalı avtomobil iki hissəyə bölünüb, VAZ-2106 və “Mitsubishi” markalı avtomobillərə ciddi ziyan dəyib.

Xəsarət alan şəxslər haqqında əlavə məlumat veriləcək.

www.102info.az