“Mən Nofəllə döyüş yoldaşı olmuşam və 31 ildir ki, gözümüz yolda idi. 1992-ci ildə Şuşada Daşaltı əməliyyatının iştirakçısı olaraq, orada itkin düşən döyüş yoldaşlarımın qalıqlarının tapılmasına həm sevinirəm, həm də kədərlənirəm”.
Bunu Oxu.Az-a açıqlamasında 31 il sonra meyit qalıqları tapılan Nofəl Qurbanovun döyüş yoldaşı Mübariz Səadətov deyib.
Onun sözlərinə görə, indi Nofəlin ruhu şaddır:
“O, şəhid olduğu üçün kədərlənirəm, amma sevinirəm ki, heç olmasa, qalıqları tapılıb. Arzu edirəm ki, o biri döyüş yoldaşlarımdan da tezliklə xəbər olsun”.
O əlavə edib ki, Daşaltı azad olunduğu gün mənəvi rahatlıq tapıb.
İlhamə Əbülfət
www.102info.az