Tarixi bina olan İsrafil ağanın evinin bərpası ilə bağlı nazirlikdən cavab

Cəmiyyət


Qazax elinin tanınmış xeyriyyəçi və igid oğlu İsrafil ağa Kərbəlayevin bir zamanlar yaşadığı ev baxımsızlıq üzündən dağılıb gedir. 100 ildən çox yaşı olan bu bina tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınıb. Lakin son illər baxımsız qalan bina dağılmaq üzrədir.

Nazirlik Bizim.media-nın sorğusuna cavab göndərib. Cavab məktubunda deyilir:

“Məlumat üçün bildiririk ki, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin ərazisində yerləşən, 20-ci əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi İsrafil ağanın evi (4075 inventar nömrəsi ilə) Dövlət Reyestrinə alınmışdır.

Qeyd edək ki, həmin abidə Mədəniyyət Nazirliyi üzrə 2024-27-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına bərpası nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir