12 yaşlı Vasif təcili əməliyyat olunmalıdır: Qaraciyər sirrozundan əziyyət çəkir – FOTO

Cəmiyyət


12 yaşlı Vasif Seymur oğlu Qazıyev qaraciyər sirrozundan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun atası Seymur Kərim oğlu Qazıyev məlumat verib.

O qeyd edib ki, övladı artıq iki ildir, bu xəstəliklə mübarizə aparır:

“Vasifə qaraciyər köçürülməlidir. Donoru isə əmisi oğludur. Türkiyədə özəl xəstəxanaların birində əməliyyat olunacaq. Bunun üçün isə bizim 50 000 manata ehtiyacımız var. Həmin məbləğin 35 min manatını toplasaq da, 15 min manatını toplamağa imkanımız çatmır”.

Seymur Qazıyev bildirib ki, bir il öncə övladı əməliyyat üçün Türkiyəyə yollansa da, vəziyyətinin yaxşı olmadığı üçün proses təxirə salınıb.

“Ötən ilin noyabr ayında Vasif əməliyyat üçün Türkiyəyə yollandı. Amma həkimlər vəziyyətinin əməliyyat üçün uyğun olmadığına görə müalicə müddətini uzatdılar. Buna görə də nəql üçün yığılan pulun bir hissəsini onun müalicəsinə xərcləməli olduq. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 918-66-28.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir