Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.



www.102info.az