Çaylarda suyun səviyyəsi artıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
“Xəbər verildiyi kimi, avqust ayının 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb. Ən çox yağıntı Qax, Şəki, Qəbələ rayonlarının ərazisində qeydə alınıb. Eyni zamanda Tərtərdə, bəzi Mərkəzi Aran rayonlarında, Quba-Xaçmaz, Lənkəran-Astara bölgəsində yağış yağıb.
Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb. Ən çox artım, Göyçay və Türyançay çaylarında olub. İntensiv yağışlar nəticəsində Göyçay rayonun Qaraməryəm kəndi ərazisində yamaclardan gələn sular sel əmələ gətirib”, – o deyib.
Xidmət rəsmisi əlavə edib ki, avqust ayının 28-də ölkə ərazisində mülayim və yağmursuz hava şəraiti müşayiət olunacaq. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
www.102info.az