Dünən sel səbəbindən bağlanan Bakı-Şamaxı-Yevlax avtomobil yolu bu gün bərpa olunub.
Xezerxeber.az xəbər verir ki, səhər saatlarından sel nəticəsində yola yığılmış lilin təmizlənməsi və təmir-bərpa işləri davam etdirilir.
Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Zədələnmiş elektrik və rabitə dirəkləri də bərpa edilir.
İsmayıllı rayon Mollaisaqlı kəndində isə seldən sonrakı mənzərə belədir. Ehtiyat su anbarının torpaq bəndinin uçması nəticəsində böyük su kütləsi kəndin içərisindən keçib. Bəndə yaxın olan evlər tamamilə yararsız vəziyyətə düşüb. Sel kəndin əsas yollarını dağıdıb. Bu gün səhər saatlarından aidiyyəti qurumların əməkdaşları kəndə dəymiş ziyanla bağlı işlərə başlayıblar.
Dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam etdirilir.
www.102info.az