Bakının Xətai rayonunda ana və övladının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1991-ci il təvəllüdlü Lalə Fuad qızı Hüseynova və 6 yaşlı övladı Mark Sergey oğlu Hüseynov xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az