Magistraturanın boş qalan plan yerlərinə əlavə yerləşdirməyə başlanılıb

Cəmiyyət


Avqustun 28-i saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start verilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müraciətçilər https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, elektron sistem üzrə qeydiyyat 4 sentyabr saat 18:00-da yekunlaşacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir