Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna ordusu Zaporojye vilayətinin Tokmak şəhərində yeni əraziləri işğaldan azad edib.
Həmçinin qeyd edilib ki, Donetsk vilayətində – xüsusilə Baxmut, Toretsk və Avdeyevka istiqamətində ağır döyüşlər gedir.
O da bildirilib ki, Donetskin Baxmut şəhərindəki döyüşlərdə 48 yaşlı azərbaycanlı Zahir Rəhimov həlak olub.
Bununla da Ukraynada həlak olan azərbaycanlı hərbçilərin sayı 30-a çatıb.
Ətraflı videonu təqdim edirik:
www.102info.az