Azərbaycan BMT-nin İnsan Hüquqları Ofisinin fəaliyyətləri üçün ianə edib.
Bu barədə Azərbaycanın BMT Ofisi yanında Daimi Missiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan BMT-nin İnsan Hüquqları Ofisinin 2023-cü il üçün İnkişaf Hüququnun təşviqi və müdafiəsi üzrə fəaliyyətini dəstəkləmək üçün 26 000 ABŞ dolları məbləğində könüllü maliyyə yardımı edib.
www.102info.az