Polis əməkdaşları Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqanı saxladı – VİDEO

Cəmiyyət


Bakıda taksi fəaliyyəti göstərən avtoxuliqan polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, paytaxtın “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən Hüseyn Cavid parkı ətrafında taksi kimi fəaliyyət göstərən “Mercedes C klass” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər etdiyi üçün polis əməkdaşları tərəfindən təqib edilib.

Polisin qanuni “saxla” əmrinə tabe olmayan sürücü saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

www.102info.az