Müharibədə hər iki ayağını itirən qazi Avropanın ən hündür zirvəsinə qalxıb

Cəmiyyət


Vətən uğrunda mübarizədə hər iki ayağını itirən İkinci Qarabağ müharibəsi veteranı Polad Rzayev Avropanın ən hündür zirvəsi – Elbrusa (Qərb zirvəsi 5642 metr) uğurla qalxıb.

Bu barədə Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.

Bildirilib ki, Polad Rzayev məşhur azərbaycanlı alpinist İsrafil Aşurlı ilə birgə dağa qalxıb.

Qeyd edək ki, Polad Rzayev Cəbrayıl və Qubadlının işğaldan azad edilməsi zamanı dörd kəllə-beyin travması alıb, iki minanın partlaması zamanı hər iki ayağını itirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir