Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər bina sakini təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində doqquz ədəd elektrik sayğacı, səkkiz p.m elektrik kabeli, 1 ədəd qaz sayğacı və yaxınlıqda diametri 20 millimetr olan qaz xəttindən sızan məişət qazı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az