Bakıda avtomobil azyaşlını vurub

Cəmiyyət


Bakıda avtomobil 5 yaşlı uşağı vurub.

“Report”un məlumatına görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2018-ci il təvəllüdlü Arzu Rövşən qızı Ağayevanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az