Bu gün pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər test imtahanı verəcəklər.
Oxu.Az-ın xəbərinə görə, iki mərhələdə keçiriləcək hər bir seansda 1 400-dən çox müəllimin iştirak edəcəyi gözlənilir.
Nəticələr təsdiq edildikdən sonra yaxın həftələrdə müsahibə mərhələsi ilə bağlı məlumat veriləcək.
Müsahibələrin onlayn formada keçirilməsi nəzərdə tutulur.
www.102info.az