Bakıda sürücü sükan arxasında öldü

Cəmiyyət


Bakıda 75 yaşlı kişi küçədə ölüb.

Lent.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1948-ci il təvəllüdlü Əli Əliyevin halı idarə etdiyi avtomobildə qəfil pisləşib.

Maşını saxladıqdan sonra o, dünyasını dəyişib.

Ölümün dəqiq səbəbləri məlum deyil. 

Fakt araşdırılır.

www.102info.az

Spread the love