Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Cəngan kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı VAZ-2107 markalı minik avtomobili aşıb. Nəticədə rayon sakinləri 1981-ci il təvəllüdlü Cabbar Həsənov və 2006-cı il təvəllüdlü Sənan Tarverdiyev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az