Avqust ayının 31-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakinləri, 1982-ci il təvəllüdlü Surxay Əli oğlu Mamedov və 1991-ci il təvəllüdlü Məhəmməd Kərim oğlu Məmmədov sərhəd pozucusu qismində saxlanılıblar.
Qeyd olunan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 14 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
www.102info.az