Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək

Cəmiyyət


Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi keçirəcək.

Bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.

Qeyd edək ki, 3 may-3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə komissiyası hər biri ilahiyyatçı olmaqla 7 nəfər üzvdən ibarətdir.

Müsahibənin nəticələri keçirildiyi gün komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində komitə sədrinin əmri ilə islam dininə aid ibadət yerinə və ya ziyarətgaha müvafiq vəzifəyə təyin olunacaq.

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən, Dövlət Komitəsi tərəfindən islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir