Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 2-də paytaxtda təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 554 əsas küçə və prospektlərin, həmçinin qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda digər təmizlik və abadlıq işləri həyata keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə verir.
www.102info.az