Sabirabad şəhərində ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı köməkçi tikilinin iki otağının yanar konstruksiyaları 50 kvadratmetr sahədə və digər otağın tavanı 20 kvadratmetr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az