Cəlilabadda “KamAZ” aşıb, ölən var.
“Report”un məlumatına görə, hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov idarə etdiyi “KamAZ” markalı yük avtomobilini aşırıb.
Sürücünün meyiti avtomobildən çıxarılıb. İlkin məlumata görə, o, ürək çatışmazlığından vəfat etdikdən sonra qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az