Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, Elvin Rəhimovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil işıqforda dayanmış sürücü Elcan Əhmədovun idarə etdiyi “Daewoo” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə birincidə olan iki sərnişin – rayon sakinləri Fəqan Fərhad oğlu Qurbanov və Amil Ramal oğlu Mahmudov müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az