Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 3-də Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisindən keçən hissəsində batan bir nəfərin axtarışları başa çatıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
10:12
Ağdaşda 28 yaşlı oğlan su kanalında batıb.
Qafqazinfo.az-ın məlumatına görə, Goranboy rayon sakini Daşqın Bəxtiyarov Şirvan su kanalında boğulub.
Ötən gecədən kanalda boğulan şəxsin hələ ki, meyiti tapılmayıb.
www.102info.az