Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanıldı – AÇIQLAMA

Cəmiyyət


Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlərinə start verilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Trend”ə açıqlamasında deyib ki, dünəndən etibarən Şuşadakı seysmik stansiyanın quyusunun qazılması işlərinə başlanılıb.

“Quyu 100 metr dərinlikdə olacaq. Şuşa şəhəri yaxınlığında quraşdırılan quyudibi seysmik stansiyanın cihaz və avadanlıqları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Azərbaycan seysmoloqlarına hədiyyəsidir”, – deyə o qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir