Türkan qəsəbəsində yaşayan ahıl qadının avtomobil sürmək bacarığı onu xeyli məşhurlaşdırıb.
Baku TV-nin əməkdaşı Arzu Kəlbi “TikTok”da izlənmə rekordu qıran 76 yaşlı Səlmi nənə ilə həmsöhbət olub.
Onun sözlərinə görə, maşın sürməyi həyat yoldaşından öyrənib.
51 yaşında avtomobil idarə etməyə başladığını deyən Səlmi nənə ilk dəfə “QAZ-53” sürdüyünü qeyd edib.
“İlk maşınım VAZ-2106 olub. İndiki maşınımı isə 2005-ci ildə almışam. Özüm kimi qocalıb”, – o söyləyib.
Ətraflı süjetdə:
www.102info.az