Bakıda daha iki məscidə qadın dini ayinlərin icraçısı təyin olunub

Cəmiyyət


Bakıda islam dininə aid daha iki ibadət yerinə (məscid) qadın dini ayinlərin icraçıları təyin olunub.

“Report” xəbər verir ki, müsahibə imtahanının nəticəsinə görə üç qadın dini ayinlərin icraçısı olaraq Nəsimi rayonunda yerləşən “Hacı Əjdərbəy” məscidində, bir nəfər isə Binəqədi rayonundakı “Heydər” məscidində çalışacaq.

Qeyd edək ki, sentyabrın 4-də keçirilən müsahibə mərhələsi üçün 23 qadın namizəd müraciət edib. Onlardan ikisi müsahibədə iştirak etməyib, yerdə qalanı isə müsahibədən keçməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir