“TikTok” sosial şəbəkəsində açdığı canlı yayımlarla auditoriya toplayan Ləman Vəliyevanın həbs olunması barədə məlumat yayılıb.
Onun ötən gün saxlanıldığı bildirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, L.Vəliyeva saxlanılmayıb.
Qeyd edək ki, tiktoker bir müddət əvvəl himnin sözlərini təhrif edərək başqa şəxsə qarşı alçaldıcı ifadələrlə işlədib. Daha sonra o, polis şöbəsinə dəvət edilib və himnə qarşı etdiyi hörmətsizliyə görə üzr istəyib.
www.102info.az