Sentyabrın 15-dək 23 (4 təhsil müəssisənin açılışı olub), ilin sonunadək 8 təhsil müəssisəsinin açılışı nəzərdə tutulub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
“Əlavə olaraq ilin sonuna kimi 32 təhsil müəssisəsinin layihə-smeta sənədlərin hazırlanması, 24 təhsil müəssisəsinin tikintisi və 9 təhsil müəssisəsinin isə əsaslı təmir və bərpa-gücləndirməsi işlərin başlanması nəzərdə tutulub. Eyni zamanda bu il Heydər Əliyev Fondu tərəfindən təmir-tikintisi həyata keçirilən 17 təhsil müəssisəsinin sentyabrın 15-dək, 2 təhsil müəssisəsinin isə ilin sonunadək təhvil verilməsi məlumatı əldə edilib”, – deyə nazirlikdən verilən cavabda qeyd olunub.
Həmçinin vurğulanıb ki, bu il investisiya büdcəsi hesabına 40 təhsil müəssisəsində (3 peşə, 3 məktəbdənkənar, bir internat tipli, 33 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılır.
Xatırladaq ki, ölkə ərazisində təhsil müəssisələri şəbəkələrinin genişlənməsi, yeni məktəblərin tikintisi və əsaslı təmiri işlərini Elm və Təhsil Nazirliyinin sifarişi ilə Əsaslı Tikinti və Təchizat İdarəsi yerinə yetirir.
www.102info.az