Nazir: “Artıq Qarabağda məktəblər fəaliyyətə başlayır”

Cəmiyyət


“Artıq Qarabağda məktəblər fəaliyyətə başlayır”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, altı ümumtəhsil müəssisəsində 780 şagird, 94 müəllim olacaq:

“Zəngilan, Tərtər, Füzuli, Laçın rayonu və şəhərində, Şuşa şəhərində məktəblər açılır”.

Nazir qeyd edib ki, Şuşa şəhərində məktəbin açılışı bu il ərzində planlaşdırılır.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir