Heydər Əliyev prospektində tunelə girişdə texniki nasaz avtomobil yolda qalıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən də mərkəz istiqamətində sıxlıq yaranıb.
Yol polisi əməkdaşları hazırda həmin ərazidədir və sıxlığın aradan qaldırılması məqsədilə işlər görürlər.
www.102info.az