Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-nə olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 6-sı axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında isə səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Qəbələdə 62 (aylıq normanın 79%-i), Qaxda 33 (aylıq normanın 28%-i), Zaqatalada 25 (aylıq normanın 30%-i), Oğuzda 18 (aylıq normanın 24%-i), İsmayıllıda 15, Şamaxı, Xaltan, Şahdağ, Şəki, Balakən, Quba, Xaçmaz, Xınalıq, Altıağacda 6, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şimal-qərb küləyi əsib, arabir Zaqatala, Balakəndə 20, Altıağacda 17, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Sentyabrın 7-də Qəbələ rayonuna diametri 17, Qax rayonuna 11, Zaqatala rayonuna 25 mm olan dolu düşüb.
www.102info.az