Oğuzda leysan körpünü qəzalı vəziyyətə salıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, ötən gecə rayonda leysan xarakterli intensiv yağış yağıb, güclü külək əsib.
Nəticədə Filfilli çayının eyniadlı kənddən keçən hissəsində daşqın olub. Sel suları üç evin həyətyanı divarını dağıdıb, kəndin daxili yollarının bir hissəsinə ziyan dəyib.
Güclü yağışlar rayonun Mollalı kəndində də selə səbəb olub. Nəticədə kəndə gedən körpünün dayaqları dağılıb və körpü qəzalı vəziyyətə düşüb.
www.102info.az