Kəmaləddin Heydərov: “Bir neçə yerdə xüsusi mərkəzlər yaradılacaq”

Cəmiyyət


“Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası hər hansı bir üzv dövlətlərin ərazisində təbii fəlakət baş verərsə, həmin ölkələrin xilasedicilərinin müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq xüsusi mərkəzlərlə bağlı idi”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, təşkilatın növbəti iclası bir müddət sonra Qazaxıstanda olacaq:

“Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bir neçə yerdə xüsusi mərkəzlər olacaq. Bu, üzv dövlətlərin ərazilərində yerləşəcək”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir