Şəhid ailəsi statusu almış dövlət qulluqçusuna vergi güzəşti edilirmi?

Cəmiyyət


Şəhid ailəsi statusu almış dövlət qulluqçusuna vergi güzəşti məsələsinə aydınlıq gətirilib.

Bu barədə “Trend”ə Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Vurğulanıb ki, muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirə 800 manat məbləğində azadolma tətbiq ediləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir