Hacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini isə maşın vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.
Digər hadisə isə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Röyal Abuzər oğlu Ələkbərovu vuraraq öldürüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
www.102info.az